Alliance Clinic poliklinik xidmətlər üzrə ixtisaslaşmış bir tibb müəssisəsidir. Mərkəzdə Laboratoriya, Kardiologiya, Pediatriya, Dermatovenerologiya, Kosmetologiya, Nevrologiya, Terapiya, Urologiya, Qulaq-burun-boğaz, Fizioterapiya və Tibbi Reabilitasiya, Evdə Tibbi Xidmət və Diaqnostika kimi sahələr üzrə yüksək keyfiyyətli tibbi xidmətlər göstərilir.
Klinikada fəaliyyət göstərən həkimlər peşəkar təcrübəyə malikdirlər, onların bir çoxu xaricdə ordinatura təhsili almış, ixtisasartırma kurslarında iştirak etmiş mütəxəssislərdir.
Tibb müəssisəsi müxtəlif tərkibli Check-Up paketləri təklif edir. Bu paketlər bütün vacib müayinə komponentlərini əhatə edir və ən müasir tibbi avadanlıqlar vasitəsilə həyata keçirilir.