- Bakı Bərpa Mərkəzi
Reabilitasiyada Yeni Yanaşma
Bakı Bərpa Mərkəzi, Azərbaycanda reabilitasiya və bərpa sahəsində fərqli yanaşma ilə fəaliyyət göstərən bir tibb mərkəzidir. Onların əsas məqsədi, reabilitasiyaya ehtiyacı olan insanlara xüsusi diqqət və həssaslıqla yanaşaraq, onların sağlamlığını bərpa etməkdir. Mərkəzin komandası yalnız peşəkar deyil, həm də gülərüz və mehriban münasibəti ilə seçilir.
Bakı Bərpa Mərkəzinin hədəfi müasir tibbin qəbul etdiyi bütün müalicə üsullarından istifadə edərək xəstələrə ən yüksək səviyyədə tibbi xidmət göstərməkdir. Burada yeni texnologiyalar, peşəkar və dinamik personal bir araya gətirilərək beynəlxalq standartlara cavab verən mühit yaradılıb. Avropa, Türkiyə və Rusiyada təhsil almış yerli və xarici həkimlər, eləcə də administrativ heyət öz sahələrində ixtisaslaşmış mütəxəssislərdən ibarətdir.