Moerman Şüşə Təmizləyici EXCELERATOR 2.0 – LIQUIDATOR 3.0 – 35 sm (Oynar Başlı)
Məhsul haqqında
- Belçikadan idxal olunub.
- Moerman EXCELERATOR 2.0 + LIQUIDATOR 3.0 peşəkar bina təmizliyində istifadə olunan ən innovativ şüşə təmizləmə sistemlərindən biridir.
- Cam peluşu (şüşə üçün parça başlıq) ilə yuyulmuş səthlərdə izi və ləkəni qətiyyən buraxmadan mükəmməl təmizləmə imkanı yaradır.
- Peşəkarların seçimi olan Moerman markasının ən çox satılan məhsullarından biridir.
- Moerman EXCELERATOR 2.0 + LIQUIDATOR 3.0 uzunömürlülüyü və çevikliyi ilə fərqlənir.
- Əyri kanallı ucları sayəsində çərçivəli şüşələrin ən dərin künclərinə belə rahatlıqla çatır.
- İki komponentli erqonomik sap uzunmüddətli və intensiv təmizləmə işlərindən sonra belə rahat və problemsiz işləmə imkanı yaradır.
- Yüksək keyfiyyətli sürüşməyən rezin örtük sayəsində daha çox komfort və ideal idarəetmə təmin olunur.
- Oynar başlıq funksiyası sayəsində sap üzərindəki mavi düymə ilə sabit və ya oynar rejimdə istifadə oluna bilər.
- Alyan açarı vasitəsilə vida gərginliyi asanlıqla tənzimlənə bilər – yəni hərəkət sərtliyini artırmaq və ya azaltmaq mümkündür.
- Yuxarıdakı kilid mexanizmi kanalın təsadüfən sapdan çıxmasının qarşısını alır və sürətli, təhlükəsiz kanal dəyişimi təmin edir.
- Yan tərəfdəki mavi düymə ilə başlıq bucağını sap istiqamətində -20° | -5° | +10° | +25° | +40° dərəcə aralığında tənzimləmək mümkündür.
- Təyyarə istehsalında istifadə olunan HighTech-T6 alüminiumdan hazırlanmış yüngül və möhkəm kanal bükülmür və rezin hissəni daim şüşə səthinə sıx şəkildə saxlayır. Bu sayədə hər uzunluqda mükəmməl təzyiq paylanması təmin olunur və əl gücünə ehtiyac azalır.
- Oynar başlıq funksiyası, uzadıcı dirəklərlə və ya çatılması çətin səthlərdə işləmək üçün ideal seçimdir.
- Dəstəyə peşəkar Moerman NXT-R şüşə təmizləyici rezin daxildir.
- 35 sm təmizləmə eni vardır və bütün teleskopik dirəklərlə uyğundur.
- Xüsusi kilid sistemi sayəsində asanlıqla sökülə və dəyişdirilə bilər.