Direktor köməkçisi
Şirkət haqqında
Assist Group müəssisələrin qurulması, idarə edilməsi və auditinin aparılması, təchizat, strategiyanın hazırlanması, marketinq və satışın təşkili üzrə xidmətlər göstərən şirkətdir. Müəssisələrin iş proseslərinin sistemləşdirilməsinə, fəaliyyətinə nəzarətin gücləndirilməsinə və inkişafına dəstək veririk.
Vəzifə öhdəlikləri
Assist Group komandamıza rəhbərliyin gündəlik işlərinin təşkilinə dəstək göstərəcək direktor köməkçisi axtarır.
- Tapşırıqların aidiyyəti əməkdaşlara çatdırılması
- İcra müddətlərinin izlənməsi və nəticələrə nəzarət
- Məlumatların toplanması və rəhbərliyə müntəzəm hesabatların təqdim edilməsi
İş prosesləri üzrə təlim veriləcək. Namizəd öyrəndiyi istiqamətlər üzrə tapşırıqların icrasını izləyəcək, nəzarət edəcək və hesabat hazırlayacaq.
Tələblər
- Ali təhsil (mütləqdir)
- Kompüter bilikləri (mütləqdir): sənədlər, elektron cədvəllər və təqdimatlarla işləmək bacarığı
Arzuolunandır: xarici dil biliyi, rəqəmsal alətlər və sosial media üzrə biliklər, maliyyə savadlılığı.
Məsuliyyətli, diqqətli, təşkilatçılıq bacarığı olan və öyrənməyə açıq namizədlərə üstünlük verilir.
Necə müraciət etmək olar
Aşağıdakı formanı doldurun və CV-nizi əlavə edin. CV-ni WhatsApp ilə də 050 400 07 88 nömrəsinə «Direktor köməkçisi» qeydi ilə göndərə bilərsiniz.