Azərbaycanda sağlıq turizmi: Bakıda müalicə və bərpa
Xaricdən müalicə üçün Bakıya gələn pasiyentlər üçün müraciətdən bərpa dövrünə qədər bütün prosesi bir koordinatorla təşkil edirik.
Sağlıq turizmi nədir?
Sağlıq turizmi pasiyentin müayinə, müalicə və ya bərpa üçün başqa ölkəyə səfər etməsidir. Bu zaman ən çətin hissə tibbi deyil, təşkilati olur: hansı klinikaya müraciət etmək, hansı sənədləri göndərmək, nə qədər qalmaq və prosedurdan sonra kimin nəzarət edəcəyi.
Assist Group bu təşkilati hissəni üzərinə götürür. Müraciətinizi qəbul edirik, sənədləri uyğun şöbənin həkiminə ötürürük, plan və tarixi razılaşdırırıq. Diaqnostikadan bərpaya qədər bütün mərhələ qrupun öz müəssisələrində keçdiyi üçün sənədləriniz bir yerdə qalır və həkimlər bir-biri ilə birbaşa əlaqədə olur.
Beş mərhələ
-
1.Müraciət və sənədlər
Mövcud analiz, görüntüləmə və epikriz nüsxələrini göndərirsiniz. Nə çatışmadığını ilk cavabda dəqiqləşdiririk.
-
2.Müəssisə və həkim seçimi
Koordinator sənədləri uyğun şöbənin həkiminə ötürür; hansı müayinələrin yerində təkrarlanacağı bildirilir.
-
3.Plan və tarix
Müayinə, prosedur və qalma müddətini əhatə edən plan yazılı təqdim olunur, tarix əvvəlcədən razılaşdırılır.
-
4.Müalicə
Diaqnostika, prosedur və ya əməliyyat qrupun müəssisəsində, razılaşdırılmış plan üzrə aparılır.
-
5.Bərpa və izləmə
Prosedurdan sonra reabilitasiya, evdə tibbi xidmət və ya klinikada müşahidə təşkil olunur.
Qrupun tibb müəssisələri
Alliance Clinic
Ambulator müayinə, diaqnostika, laboratoriya və cərrahi şöbələr.
- Laboratoriya
- Diaqnostika
- Urologiya
- Estetik cərrahiyyə
- Qulaq-Burun-Boğaz
- Travmatologiya və ortopediya
- Ginekologiya
- Kosmetologiya
- Pediatriya
- Nevrologiya
Bakı Bərpa Mərkəzi
Əməliyyatdan, travmadan və insultdan sonra reabilitasiya və fizioterapiya.
Müəssisə haqqında →Qaldığınız ünvanda
Sarğı dəyişimi, yara baxımı, fizioterapiya və nəzarət müayinələri: tibb bacısı və ya fizioterapevt qaldığınız ünvana gəlir, vəziyyət müalicə həkiminə bildirilir.
English: Medical tourism in Baku · Русский: Медицинский туризм в Баку
İlk müraciətdə nə göndərməlisiniz?
Nə qədər çox məlumat olsa, plan bir o qədər dəqiq olur və yerində təkrar müayinə azalır.
- Son analiz nəticələri (PDF və ya foto)
- Görüntüləmə nəticələri: USM, rentgen, KT və ya MRT
- Əvvəlki əməliyyat və ya müalicə barədə epikriz
- Daimi qəbul etdiyiniz dərmanların siyahısı
Tez-tez verilən suallar
Assist Group nə edir, müalicəni kim aparır?
Assist Group müraciəti qəbul edir, uyğun müəssisə və həkimi seçir və bütün mərhələni koordinasiya edir. Müalicə qrupun tibb müəssisələrində, Alliance Clinic və Bakı Bərpa Mərkəzində aparılır.
Müraciət etməzdən əvvəl nə göndərməliyəm?
Mövcud diaqnozunuzu, son analiz və görüntüləmə nəticələrini. Bu sənədlər olmadan ilkin qiymətləndirmə aparmaq mümkün deyil.
Qiymət əvvəlcədən bilinirmi?
İlkin qiymətləndirmədən sonra müalicə planı və şərtlər sizə yazılı təqdim olunur. Plan dəyişərsə bu, əvvəlcədən razılaşdırılır.
Hansı dillərdə yazışmaq olar?
Azərbaycan, rus və ingilis dillərində. Müraciət zamanı dil ehtiyacınızı qeyd edin, təşkilat mərhələsində nəzərə alınır.
Yaşayış və nəqliyyat təşkil olunurmu?
Bu məsələlər müraciət mərhələsində müzakirə edilir və plan hazırlanarkən nəzərə alınır.
Vətənə qayıtdıqdan sonra nəzarət necə olur?
Bərpa dövrü planın bir hissəsidir. Sənədləriniz şəxsi kabinetdə saxlanılır və uzaqdan konsultasiya təşkil edilə bilər.