Ümumi tibbi xidmətlər
Qrupun iki tibb müəssisəsi (Alliance Clinic və Bakı Bərpa Mərkəzi) ambulator müalicədən reabilitasiyaya qədər tam zənciri əhatə edir.
Pasiyent Alliance Clinicdə diaqnoz alır, lazım gələrsə Bakı Bərpa Mərkəzində reabilitasiya kursunu davam etdirir. İki müəssisə arasında yönləndirmə qrup daxilində aparılır, pasiyent hər dəfə sıfırdan başlamır.
Korporativ müştərilər üçün əməkdaşların illik check-up proqramları və iş yerində tibbi müayinə təşkil olunur.
Qrupun apardığı digər işlər
Sanitariya və təmizlik
Tibb müəssisələri, ofislər və istehsalat obyektləri üçün sanitar rejimin qurulması və saxlanması.
- Dezinfeksiya
- Dezinseksiya
- Deratizasiya
- Peşəkar təmizlik
- Çamaşırxana
- Bağ baxımı və gübrələmə
- Hovuz baxımı
Obyekt idarəetməsi
Binanın və avadanlığın davamlı texniki xidməti: 120 xidmət növü üzrə usta və müqavilə əsaslı dəstək.
- İqlim sistemləri
- Elektrik təsərrüfatı
- Santexnika
- Ümumi təmir işləri
- Avadanlıq quraşdırılması
Tibb müəssisələrinin idarəetməsi
Klinika sahibi tibbi tərəfə fokuslanır, idarəetmə, sənədləşmə və keyfiyyətə nəzarət qrupun üzərinə keçir.
- Operativ idarəetmə
- Keyfiyyətə nəzarət və audit
- Prosedurların sənədləşdirilməsi
- Personalın planlaşdırılması