Tibb müəssisəsinin qurulması: layihə, dizayn, tikinti və avadanlıq
Klinika və ya tibb mərkəzi açırsınız? Layihədən, dizayndan və tikintidən avadanlığın işə salınmasına qədər bütün mərhələni bir komanda ilə aparırıq.
Tibb müəssisəsi adi bina kimi qurulmur. Otaqların ölçüsü, pasiyent və personal axınları, ventilyasiya, səthlər və avadanlığın yerləşməsi Səhiyyə Nazirliyinin tələblərinə cavab verməlidir; səhv qurulmuş otaq sonradan sökülüb yenidən tikilir.
Assist Group qrupun öz tibb müəssisələrini idarə edən komandadır. Klinikanın gündəlik işinin necə qurulduğunu içəridən bildiyimiz üçün layihəni təkcə tikinti baxımından yox, işləyən müəssisə baxımından planlaşdırırıq: həkimin, tibb bacısının və pasiyentin binada necə hərəkət edəcəyindən başlayırıq.
Nə edirik
Layihələndirmə
Profilə uyğun otaq tərkibi, sahə hesabı və axınlar. Səhiyyə Nazirliyinin tələblərinə uyğun texniki tapşırıq.
Dizayn
Daxili məkanın konsepsiyası, material seçimi, işıqlandırma və naviqasiya: normativ tələbləri pozmadan.
Tikinti və təmir
Tikintidən və ya mövcud binanın uyğunlaşdırılmasından təhvilə qədər: mühəndis sistemləri daxil.
Tibbi mebel
Qəbul, palata, prosedur və laboratoriya mebelinin seçilməsi, hazırlanması və quraşdırılması.
Avadanlığın qurulması
Tibbi avadanlığın seçimi, çatdırılması, quraşdırılması və işə salınması.
İstismar və xidmət
Personalın avadanlıqla işləməyə öyrədilməsi, texniki xidmət və müəssisənin gündəlik işinin qurulması.
Dörd mərhələ
-
1.Tələbin müəyyənləşdirilməsi
Müəssisənin profili, xidmətlər, sahə və büdcə dəqiqləşdirilir.
-
2.Layihə və dizayn
Otaq tərkibi, axınlar və daxili dizayn hazırlanır, sizinlə razılaşdırılır.
-
3.Tikinti və quraşdırma
Təmir-tikinti, mebel və avadanlığın quraşdırılması bir qrafik üzrə aparılır.
-
4.İşə salma
Avadanlıq yoxlanılır, personal öyrədilir, müəssisə fəaliyyətə hazır təhvil verilir.
Bu işlər nədən ibarətdir?
- 01
- Klinika layihəsi Tibb müəssisəsinin layihəsi otaqların, köməkçi sahələrin və axınların (pasiyent, personal, steril və çirkli material) Səhiyyə Nazirliyinin tələblərinə və tikinti normativlərinə uyğun planlaşdırılmasıdır.
- 02
- Tibbi dizayn Medikal dizayn tibb müəssisəsinin daxili məkanının həm normativlərə, həm də pasiyent rahatlığına uyğun qurulmasıdır: səth materialları, işıqlandırma, naviqasiya və gözləmə zonaları.
- 03
- Tibbi təmir və tikinti Tibb müəssisəsinin tikintisi və ya mövcud binanın klinikaya çevrilməsi: ventilyasiya, elektrik və su təchizatı, yuyula bilən səthlər və xüsusi otaqların tələbləri nəzərə alınır.
- 04
- Tibbi mebel Qəbul, palata, prosedur otağı və laboratoriya üçün gigiyena tələblərinə cavab verən, dezinfeksiyaya davamlı mebelin seçilməsi və quraşdırılması.
- 05
- Tibbi avadanlıq Müəssisənin profilinə uyğun avadanlığın seçilməsi, quraşdırılması, işə salınması və personalın istifadəyə öyrədilməsi, sonra isə texniki xidmətinin təşkili.
Layihəni müzakirə edək
Müəssisənin profilini, binanın sahəsini və hansı mərhələdə olduğunuzu yazın: boş sahə, təmir gedən bina və ya yenilənməli mövcud klinika.