Əsas məzmuna keç
Assist Group
Bakı Bərpa Mərkəzi

Qeydiyyatçı

Bakı Bərpa Mərkəzi — Qeydiyyatçı vakansiyası

Mərkəz haqqında

Bakı Bərpa Mərkəzi uşaqlar və böyüklər üçün fizioterapiya və reabilitasiya xidmətləri göstərir. Mərkəzimizdə dayaq-hərəkət aparatı və sinir sistemi ilə bağlı reabilitasiya, loqoped, psixoloq və uşaq inkişafı istiqamətində xidmətlər təqdim olunur.

Komandamıza məsuliyyətli, ünsiyyətcil və təşkilatçılıq bacarığı olan qeydiyyatçı axtarırıq.

Namizədə tələblər:

  • Ali təhsil;
  • Qeydiyyatçı və ya müştəri xidmətləri sahəsində minimum 3 il iş təcrübəsi;
  • Microsoft Office proqramlarında, xüsusilə Excel və Word-də sərbəst işləmək bacarığı;
  • Excel-də cədvəllər və hesabatlar hazırlamaq, çeşidləmə, filtrləmə və əsas formulardan istifadə bacarığı;
  • Azərbaycan dilində səlis danışıq və düzgün yazı qabiliyyəti;
  • Pasiyentlər və valideynlərlə nəzakətli, səbirli və diqqətli ünsiyyət qurmaq;
  • Telefon zəngləri, WhatsApp və sosial şəbəkələrdən daxil olan müraciətlərlə işləmək bacarığı;
  • Ehtiyac olduqda mərkəzin Instagram səhifəsi üçün təqdimat videolarında sima kimi iştirak etmək, kamera qarşısında aydın və sərbəst danışmaq;
  • Dəqiqlik, operativlik, iş intizamı və komanda ilə işləmək bacarığı.

Tibb və ya reabilitasiya müəssisəsində təcrübə, elektron qeydiyyat proqramları ilə işləmək bacarığı və rus dili biliyi üstünlükdür.

Vəzifə öhdəlikləri:

  • Pasiyentlərin və onları müşayiət edən şəxslərin qarşılanması, qeydiyyatı və müvafiq mütəxəssisə yönləndirilməsi;
  • Həkim qəbulu və terapiya seanslarının qrafikinin hazırlanması, dəyişikliklərin vaxtında bildirilməsi;
  • Qəbul və seanslarla bağlı xatırlatmaların göndərilməsi;
  • Zənglərin, WhatsApp və sosial media müraciətlərinin operativ cavablandırılması;
  • Mərkəzin xidmətləri, qiymətləri, paketləri və kampaniyaları haqqında düzgün məlumat verilməsi;
  • Pasiyent məlumatlarının qeydiyyat sisteminə tam və dəqiq daxil edilməsi;
  • Seanslara davamiyyətin, gecikmələrin və ləğvlərin qeydə alınması;
  • Müraciət edən şəxslərlə təkrar əlaqə saxlanılması və nəticələrin izlənməsi;
  • Gündəlik müraciət, qəbul və seanslar üzrə Excel hesabatlarının hazırlanması;
  • Şikayət və təkliflərin qeydə alınaraq məsul şəxsə çatdırılması;
  • Pasiyent məlumatlarının məxfiliyinin qorunması;
  • Ehtiyac olduqda sosial media çəkilişlərində iştirak və mərkəzin xidmətlərinin təqdim edilməsi.

İş şərtləri:

  • İş yeri: Bakı Bərpa Mərkəzi, Bakı şəhəri;
  • Əməkhaqqı namizədin təcrübə və bacarıqlarına əsasən müsahibə zamanı müəyyən edilir;
  • İş qrafiki barədə ətraflı məlumat müsahibə zamanı təqdim olunur.

Müraciət qaydası: Vakansiyaya müraciət etmək üçün aşağıdakı keçidə daxil olaraq elektron CV formasını doldurun:

Əlaqə və CV qəbulu: 050 880 07 88 050-400-07-88

Müraciət edin

PDF və ya Word, ən çox 5 MB