Satış meneceri
Şirkət haqqında
Assist Group müəssisələrin qurulması, idarə edilməsi və auditinin aparılması, təchizat, strategiyanın hazırlanması, marketinq və satışın təşkili üzrə xidmətlər göstərən şirkətdir. Tibb və digər sahələrdə fəaliyyət göstərən müəssisələrə iş proseslərini sistemləşdirmək və bizneslərini inkişaf etdirmək üçün dəstək veririk.
Vəzifə öhdəlikləri
Assist Group komandamıza tibbi sahədə ən azı 5 il iş təcrübəsi olan, ali təhsilli xanım satış meneceri axtarır.
- Klinikalar, həkimlər və korporativ müştərilərlə əlaqələrin qurulması
- Şirkətin xidmətlərinin təqdim edilməsi, işgüzar görüşlərin təşkili və satış danışıqlarının aparılması
- Yeni müştərilərin cəlb edilməsi və kommersiya təkliflərinin hazırlanması
- Müraciətlərin izlənməsi və satış nəticələri üzrə rəhbərliyə hesabat
Tələblər
- Tibbi sahədə ən azı 5 il iş təcrübəsi, ali təhsil
- Satış taktikaları və sosial şəbəkələrdən müştəri cəlbi üzrə biliklər
- Sürücülük vəsiqəsi
- Güclü ünsiyyət və təqdimat bacarığı
Tibbi xidmət bazarını tanıyan, məsuliyyətli, təşəbbüskar və satış hədəflərinə çatmaq üçün sistemli işləyən namizədlərə üstünlük verilir.
Necə müraciət etmək olar
Aşağıdakı formanı doldurun və CV-nizi əlavə edin. CV-ni WhatsApp ilə də 050 400 07 88 nömrəsinə «Satış meneceri» qeydi ilə göndərə bilərsiniz.